Xəbər lenti
Novruz Məmmədov jurnalistlərdən inciyib: “Axı, mən politoloq deyiləm”

"Nikol Paşinyanın dediyi fikirlərlə ətraflı xəbərdar deyiləm. Ümumiyyətlə, bu işlə xüsusi məşğul olan adamlara müraciət edilsə, daha yaxşı olar. Hazırda suala cavab verə bilməyəcəm”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirilə bilməsi xəbərinə münasibət bildirərkən deyib.
Həmçinin, sabiq Baş Nazir jurnalistlərin onu politoloq kimi təqdim etməsinə də etiraz edib:
"Jurnalistlər məni "Politoloq Novruz Məmmədov” kimi təqdim edib. Axı, mən politoloq deyiləm. Ona görə də qərara almışam ki, bu tipli məsələlərlə bağlı mətbuata açıqlama verməyim. Məni üzrlü sayın! Bu işlərlə xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavini Xələf Xələfov məşğul olur. Onlar cavab versələr daha yaxşı olar. Hesab edirəm ki, onların cavabları daha dəqiq olar. Mənim cavabımı bir çoxları müxtəlif istiqamətlərə yoza bilər. Hər halda, sabiq Baş Nazirəm!”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar