Xəbər lenti
Türkiyənin düşmənlərinə ƏN BÖYÜK ZƏRBƏNİ onlar vuracaq – 60 min terrorçu…

YPG/PKK terrot təşkilatına ən böyük zərbəni təşkilatdan ayrılması gözlənilən 30 min ərəb ünsürü vuracaq.
Bu barədə hərbi mütəxəssislər danışıb.
Suriya Məsələləri üzrə koordinator Oytun Orhan bildirib ki, ərəb ünsürlərlə YPG arasındakı ittifaq həssasdır: “Tamamilə zorla və regional təhlükəsizliyə dayanan ittifaq vardı. Türkiyənin müdaxiləsi ilə ərəb tayfalar təşkilatdan ayrılaraq fərqli ittifaq axtarışlarına keçə bilərlər. Onsuz da, ərəb tayfalarla YPG arasında uzun zamandır ki, problemlər vardı. Deyr-əz-Zor və Rakkada YPG-yə qarşı daimi aksiyalar keçirilirdi. “Barış Pınarı” isə YPG ilə ərəb ünsürlər arasında bölünməyə səbəb olacaq”.
O qeyd edib ki, Fəratın şərqindəki YPG-nin böyük bölümü ərəblərdən ibarətdir: “Suriya Demokratik Qüvvələrinə bağlı təşkilat üzvlərinin sayı 50-60 mindir. Bunun, haradasa, yarısı ərəb ünsürü olduğu ehtimal edilir. 20 mini suriyalı kürdlər, 10 mini isə PKK adlandıra billəcəyimiz, kor-koranə inandırılmış əsgərlərdən ibarətdir”. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar