Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır

Tarix: 17-10-2019 14:52     Baxış: 3424 A- / A+
Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır

Yaxın günlərdə Nazirlər Kabinetində kadr islahatları həyata keçiriləcək.

Manevr.az xəbər verir ki, Baş nazir Əli Əsədovun həyata keçirəcəyi kadr islahatları Nazirlər Kabinetinin aparatı ilə məhdudlaşmayacaq. İslahatlar Nazirlər Kabinetinə daxil olan nazirlikləri və komitələri də əhatə edəcək.

Vəzifələrə əsasən yeniliyə meylli, rüşvətə və korrupsiyaya bulaşmamış gənc mütəxəssislərin gətiriləcəyi gözlənilir. İslahatlar həm Nazirlər Kabinetinin çevik fəaliyyətini təmin etmək, həm də rüşvət və korrupsiya hallarını minimuma endirmək məqsədi daşıyır.

Bəzi məmurların mənfi reputasiyalarına baxmayaraq, hələ də vəzifədə qalmaları əhali arasında qıcıq doğurur. Bu kateqoriyaya daxil olan çinovniklərin də artıq karyeraları ilə vidalaşmalarının vaxtı çatıb.

Nazirlər Kabinetində kadr islahatlarının olacağı Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsindən sonra gündəmə gəlmişdi. Ümumiyyətlə isə hakimiyyət ötən ildən islahatlara start verildiyini bəyan edib. Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 16-da keçirilən iqtisadi müşavirədən sonra islahatların daha da sürətlənəcəyi qənaəti yaranıb.

Elə həmin müşavirədə ölkə başçısı Əli Əsədovun təyinatına toxunaraq bildirib ki, məqsəd iqtisadi artım tempini sürətləndirmək və islahatları davam etdirməkdir. “Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib və əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldıraq və islahatları davam etdirməkdir”, - deyə ölkə başçısı bildirib.

Eksperetlər Prezidentin bu fikirlərini Əli Əsədova kadr islahatlarına başlamaq üçün “yaşıl işıq” hesab edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar