Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə qatılmadı?

Tarix: 14-10-2019 16:25     Baxış: 3241 A- / A+
Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə  qatılmadı?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması barədə məlumatlar təsadüfi yayılmır.

Manevr.az bildirir ki, yenisabah-ın AMİP mətbəxinə bələd olan mənbəyə istinadən xəbərinə görə bu məlumatların yayılmasında Etibar Məmmədovun özü də maraqlıdır.

“Etibar Məmmədovun məqsədi həm ictimai nəbzi yoxlamaq, həm də hakimiyyətin reaksiyasını bilməkdir. Digər tərəfdən Etibar Məmmədov çalışır ki, aktiv siyasətə qayıdışının heç də özünün təşəbbüsü deyil, xalqın sifarişi olduğu barədə rəy yaratsın. Bu baxımdan, AMİP funksionerləri, elə Etibar Məmmədovun özü də yayılan məlumatlar barədə şox həvəssiz danışırlar”,- deyə mənbə bildirib.

Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıdacağı barədə məlumatlar bir neçə ay əvvəldən yayılmağa başlayıb. Həmin vaxt “Yeni Sabah” AMİP yetkilis Əli Orucovla əlaqə saxlayaraq məlumatların əsaslı olub-olmadığını öyrənmək istəyib. Əli Orucov isə “Onsuz da bu məlumatı yayanlar Etibar Məmmədovu aktiv siyasətdə görmək istəyənlərdir. Hər halda yayılan məlumatlardan belə sezilir. Hesab edirəm ki, xalq tələb edəcəksə, Etibar Məmmədov aktiv siyasətə qayıtmaq barədə düşünə bilər. Amma onun bu məsələyə hansı münasibət bildirəcəyi barədə dəqiq heç nə deyə bilmərəm”, - deyə bildirib.

Dünən isə “Ambassador” otelində AMİP Mərkəzi Şurasının iclası keçirilib. İclasda partiyanın növbəti qurultayının çağırılması müzakirə olunub. Yekundə AMİP-in növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Etibar Məmmədov isə Mərkəzi Şuranın iclasında iştirak etməyib. Məlumata görə, əslində AMİP liderinin də tədbirdə iştirak edəcəyi planlaşdırlıb. Məmmədov iclasa partiyanın lideri kimi qatılmalı, iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanmalı və elə oradaca ona yenidən aktiv siyasətə qayıtmaq üçün çağırışlar edilməliydi.

Həmçinin bəyan edilməliydi ki, bu xalqın tələbidir. Lakin bu plan baş tutmayıb. Səbəb isə AMİP-dən informasiya sızması olub. Jurnalist Azər Rəşidoğlu iclasda gözlənilənləri əvvəlcədən ictimaişləşdirməklə Etibar Məmmədovun planını pozub. Azər Rəşidoğlunun bu məsələ barədə “Facebook”da etdiyi paylaşıma AMİP düşərgəsindən sərt reaksiya verilməsi də jurnalistin hədəfə vurduğunu göstərir...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar