Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir nazir vəzifəsindən azad olunacaq – O da istirahət istəyir

Tarix: 09-10-2019 10:15     Baxış: 3276 A- / A+
Daha bir nazir vəzifəsindən azad olunacaq – O da istirahət istəyir

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad oluna bilər.

Manevr.az xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Sayt bildirir ki, Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil.

“Təcrübəli diplomat olan E.Məmmədyarov təəssüf ki, illərdir XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “dqr”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən ara-sıra artan hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu deyilir”.

Xəbərdə qeyd olunur ki, məlumatlı mənbələr iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov istirahət arzusundadır. Bu günlərdə erməni mənbələri də E.Məmmədyarovun istefa verə biləcəyini iddia ediblər.

Xəbərdə həmçinin ötən gün baş nazir vəzifəsindən azad olunan Novruz Məmmədovun Xarici işlər naziri təyin olunma ehtimalı da irəli sürülüb.

Qarabağ məsələsi ilə bağlı danışıqlarda ən məlumatlı adamlardan biri olan N.Məmmədovun nazir ola biləcəyi ehtimalı haqda indi düşünmək sensasiya sayıla bilməz. 72 yaşına baxmayaraq, N.Məmmədov iqtidar komandasında hələ də işləyə bilər. Onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar