Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Türkiyəyə əl silkələdi: "...məhv edəcəm"

Tarix: 07-10-2019 22:57     Baxış: 4465 A- / A+
Tramp Türkiyəyə əl silkələdi: "...məhv edəcəm"

ABŞ prezidenti Donald Tramp Ankaranın “icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə “Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələyib.

Manevr.az xəbər verir ki, amerikalı lider bu barədə şəxsi “Twitter” hesabında paylaşım edib.

“Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm”, - Tramp belə yazıb.

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri “saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidirlər”.

“ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq.

Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O,əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar