Xəbər lenti
Putindən münaqişələrin həlli ilə bağlı mühüm mesaj – Yeni gəlişmə
“Prezident Vladimir Putin son çıxışında Rusiyanın qlobal bir oyunçu olduğunu, münaqişələrin, xüsusilə, Suriya böhranının həllində mühüm ölkə olduğu mesajını verdi. Putinin bununla Rusiyanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda mövqeyini gücləndirəcəyini göstərdi”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Putin bu siyasəti ən azı prezident seçkisinin keçiriləcəyi 2023-cü ilə qədər davam etdirəcək:
“Putin çıxışında Asiyadakı münaqişələrin həllinə toxundu və Suriya məsələsini nümunə gətirdi. Həqiqətən də Türkiyə, İran və Rusiya bu münaqişənin həllində fəal rol oynayır. Həmçinin Donbas məsələsinin həll prosesində.
Rusiyanın Cənubi Qafqazla bağlı planları strateji əhəmiyyət daşıyır. Bu baxımdan, bölgədəki maraqlarını qorumaq istəyən Rusiyanın Qarabağ münaqişəsinin həllində atacağı addımlar irəliləyişə gətirib çıxara bilər. Son günlərdə Kreml rəsmilərinin açıqlamalarında müəyyən qədər Qarabağla bağlı fikirlərə rast gəlinir. Hesab edirəm ki, Rusiya münaqişənin Azərbaycan sərhədləri daxilində həllinə çalışsa, bölgədəki nüfuzunu qoruyub saxlaya bilər. Amma münaqişəyə ikili standartlardan yanaşsa, buradakı təsir dairəsi xeyli zəifləyəcək.
Görünən budur ki, Putin Rusiyanın qlobal əhəmiyyətli ölkə olması yolunda konfliktlərin həllində maraqlı görünür. Putin uzaq Fras körfəzində münaqişələri yoluna qoymağa çalışırsa və plan hazırlayırsa, Qarabağ məsələsi ilə bağlı strategiyasında dəyişikliyə getməsi mümkündür”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar