Xəbər lenti
“Vəziyyət mürəkkəbləşir” – Qarabağ prosesində qorxunc gəlişmə
“Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində mobil çevik hərbi dəstələr yaradıb. Bunlar zərbə dəstələridir. Məqsəd Azərbaycan qarşı mütəmadi təxribatlar törətməkdir. Baş nazir Nikol Paşinyan və müdafiə naziri David Tonoyan dəfələrlə belə bir dəstələrinin yaradılacağının anonsunu vermişdi”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Ermənistan işğal ərazilərində müdafiə istehkamlarını gücləndirib və danışıqlarda kompromisə getməyəcəyini nümayiş etdirir, digər yandan da ərazilərdə məskunlaşmanı sürətləndirir:
“Paşinyan BMT-nun ali kürsüsündən artıq danışıqlarda maraqlı olmadıqlarını vurğuladı, bununla da danışıqları tormozladı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da danışıqlarda irəliləyişin olmadığını dedi. Qənaətimə görə, Azərbaycan prezidenti Soçidə rusiyalı həmkarı ilə Qarabağ məsələsini müzakirə edəcək.
Bu görüş ərəfəsində Lavrov Paşinynanın “Qarabağ Ermənistandır” bəyanatına etiraz etməklə Prezident İlham Əliyevlə Vladimir Putinin müəyyən bir razılaşma əldə edə biləcəyi mesajını verdi. Bu baxımdan, Lavrovun bu məsələyə təsadüfən münasibət bildirdiyini düşünmürəm”.
Məhəmməd Əsədullazadə hesab edir ki, rəsmi Bakı Moskva ilə bu məsələdə diplomatik danışıqları sıxlaşdırmalıdır:
“Buna paralel olaraq, cəbhədə işğalçılara zərbələr endirilməlidir. Ermənistanın cəbhənin müdafiə xəttinə yaxın ərazilərdə bütün hərbi infrastrukturu dağıdılmalıdır. Çünki cəbhə boyu vəziyyət mürəkkəbdir, danışıqlarda da irəliləyiş yoxdur. Atəşkəsin uzun müddət davam etməsi isə əleyhimizə işləyir. İşğala məruz qalan biz olduğumuzdan müdafiəyə yox, hücuma üstünlük verməliyik”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar