Xəbər lenti
Paşinyan döyüşə keşişləri göndərir – İrəvandan qəribə qərar
“Ermənistan rəhbərliyi indi də din adamlarını hərbi xidmətə cəlb edir”.
Manevr.az xəbər verir ki, bunu professor Dilavər Əzimli deyib.
O, Ermənistan rəhbərliyinin bu qərarından təəccüblənmədiyini bildirib:
“Ermənistanda keşişlərin hərbi xidmətə cəlb olunması və onlardan işğalçılıq məqsədi ilə istifadə olunması şəxsən mənim üçün təəccüblü deyil. Çünki Ermənistanda kilsə həmişə terror mərkəzi rolunu oynayıb. Türk dünyasına qarşı baş verən bütün terror aktlarının ilhamvericisi kilsədir. Ermənistan kilsələrində çalışan din xadimlərini də bizə qarşı anti-türk ruhunda tərbiyə edirlər. Bunun nəzəri adı kilsədir, əslində isə terror yuvasıdır. Bütün dünya bunu bilir.
Ermənistan kilsəsi ənənəvi xristian kilsələrindən fərqlənir. Məsələn, Avropa kilsələrində insan özünün rahat hiss edir. Burada sanki Allahla rabitə var, Ermənistan kilsələrindən isə qan iyi gəlir, terror sədaları eşidilir. Son tarixi vərəqləsəniz, o zaman görəcəksiniz ki, bütün baş verən qətllərdə erməni kilsəsi iştirak edib”.
Dilavər Əzimli qeyd edib ki, erməni kilsələrinin istifadə etdiyi dini kitablarda da bizə qarşı nifrət aşılanır, təcavüzkarlıq təbliğ olunur:
“Bəllidir ki, bu kilsə Vatikan tərəfindən də qəbul olunmur və yalançı kilsə adlandırılır. Çünki bu kilsə yalnız qatillər tərbiyə edib yetişdirir, bütün dünya da bunu bilir. Bu mənada Ermənistan kilsələrində imandan danışmaq yersizdir”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar