Xəbər lenti
“Erməni tərəfi danışıqlara daha çox meyl edir” - Professor
2019-cu ildə ikinci dəfə Amerikada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilir. Mənim qənaətim belədir ki, Ermənistanı danışıqlar masasına Amerika oturdur.
Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasında baş tutan görüş haqqında danışarkən deyib.
Politoloq bildirib ki, Nyu-York görüşünü başqa cür qiymətləndirmək mümkün deyil: “İndiki mərhələdə danışıqlar prosesində ABŞ aktivlik nümayiş etdirir. Onun məqsədi regionda maraqlarını təmin etmək, müharibə riskinin qarşısını almaq ola bilər. Aydındır ki, danışıqlarda Rusiya və ABŞ-ın hər birinin öz maraqlarını güdür”.
Rüstəm Məmmdov xatırladıb ki, nazirlər arasında görüş keçirilsə də, hansı məsələlərin müzakirə edildiyi, hansı razılaşmaların əldə olunduğuna dair informasiya yoxdur: “Əslində danışıqlar uzun illərdir gedir, amma nəticə yoxdur. Erməni tərəfi danışıqların aparılmasında və sülhün əldə edilməsində maraqlı deyil. Mənim fikrimcə, müharibə ideyası genişləndikcə erməni tərəfi danışıqlara daha çox meyl edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar