Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı çatıb” – Sabiq Xarici İşlər naziri

Tarix: 21-09-2019 23:05     Baxış: 3240 A- / A+
“Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı çatıb” – Sabiq Xarici İşlər naziri

"Bu və ya digər ölkədə səfirliyin açılması ilk növbədə ikitərəfli münasibətlərin inkişafı üçün gərəklidir. Ona görə, Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı gəlib çatıb”.

Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a Ermənistanın İsraildə səfirlik açmaq qərarı haqqında danışarkən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib.

O qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra demək olar bütün ölkələr İsraildə səfirlik açıb:

"Azərbaycan da bu səfirliyi açmalıdır. İran faktorunu isə nəzərə almağa ehtiyac yoxdur. Bizim də çox məsələlərdən xoşumuz gəlmir. Məsələn, İran Ermənistanla yaxşı münasibətləri qoruyub, saxlayır. Bir çox məqamlarda rəsmi Tehran Azərbaycanın mənafeyinə zidd addımlar atıb. Ona görə, ikitərəfli münasibətləri nəzərə almağımız daha əlverişli olar”.

Zülfüqarov Ermənistanın İsraildə səfirlik açmasının İran tərəfindən kəskin qarşılanacağını düşünmür:

"Ermənistanı bir kənara qoyaq, Türkmənistanın, Türkiyənin, digər İslam ölkələrinin, hətta bəzi ərəb ölkələrinin də İsraildə səfirliyi, yaxud diplomatik əlaqələri mövcuddur. Hər halda biz də öz maraqlarımızı güdməliyik. Erməni diasporu orada da fəaldır və parlamentə təsir göstərmək imkanları var. Bunun qarşısını almaq, dost ölkə ilə əlaqələri gücləndirmək üçün ciddi iş aparılmalıdır. İsrail bizim üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli partnyordur”.

Qeyd edək ki, Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar