Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Sosial şəbəkələr ona görə yaradılmayıb ki, hamı bir-biri ilə sevişsin" – Millət vəkili

Tarix: 16-09-2019 22:50     Baxış: 4246 A- / A+
"Sosial şəbəkələr ona görə yaradılmayıb ki, hamı bir-biri ilə sevişsin" – Millət vəkili

"Boşanmaların artmasında çoxsaylı səbəblər var. Boşanmaya səbəb bir deyil, iki deyil. Uşaqlar valideynlərin məsləhəti ilə evlənirlər, sonradan xasiyyətləri uyğun gəlmir və boşanırlar. Bəzən də görürsən ki, xanım və bəy bir-birləri ilə çox yaxşı yola gedirlər, ancaq valideynlər ən mədəni şəkildə ifadə etsək, onların işinə burunlarını soxurlar, uşaqları bir-birindən ayırırlar. Bundan başqa ailədə bir çox hallarda maliyyə sıxıntısı da boşanmalara səbəb kimigöstərilir. Dediyim kimi buna yüzlərlə səbəbi örnək göstərə bilərik”.

Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Azərbaycanda boşanma hallarının artmasına münasibət bildirən millət vəkili Araz Əlizadə deyib. Boşanmalarda sosial şəbəkələrin də mənfi mənada rolunu vurğulayan millət vəkili bəzilərinin sosial şəbəkələrdən düzgün istifadə etmədiyini bildirib:

"Boşanmada sosial şəbəkələrin də rolu böyükdür. Sosial şəbəkələr ona görə yaradılmayıb ki, hamı bir-biri ilə görüşüb sevişsin. Onun üçün yaradılıb ki, insanlar axtardığı informasiyanı daha rahat əldə edə bilsinlər. Oradaki bu tipli xoşagəlməz hallara görə sosial şəbəklər məni heç maraqlandırmır. Sosial şəbəkələrdə yalan, əxlaqsızlıq, şər-böhtan baş alıb gedir. Ancaq demirəm ki, sosial şəbəkələri bağlayaq, bu mümkün də deyil. Yaxşısı odur ki, gəlin orada iyrənc hallara, yalan məlumatlara son qoyaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar