Xəbər lenti
Etibar Məmmədov xalqın tələbini gözləyir – “Xalq tələb edəcəksə...”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı məlumatlar səngimək bilmir. Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, Etibar Məmmədov yaxın vaxtlarda Azərbaycanın siyasi səhnəsinin fəal fiqurantlarından biri olacaq.
Manevr.az xəbər verir ki, yenisabah.az yayılan məlumatları dəqiqləşdirmək üçün AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovla əlaqə saxlayıb. Əli Orucov əvvəlcə Etibar Məmmədovun siyasətdən getmədiyini xatırladıb.
“Etibar Məmmədov aktiv siyasətlə məşğul olmasa da, siyasətdən getməyib. O, siyasi prosesləri diqqətlə izləyir, lazım gələndə fikir də bildirir”, - deyə AMİP yetkilisi vurğulayıb.
Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı iddialara gəlincə, Əli Orucov deyib ki, bu barədə AMİP liderinin hər hansı fikrinə rast gəlməyib. “Özündən də belə bir şey eşitməmişik. Ona görə də şəxsən bu məsələ barədə özünün hansı niyyətdə olduğu barədə heç nə deyə bilmərik” deyən AMİP yetkilisi istisna etməyib ki, hansısa mərhələdə xalqın tələbi ilə Etibar Məmmədov bu barədə düşünə bilər:
“Onsuz da bu məlumatı yayanlar Etibar Məmmədovu aktiv siyasətdə görmək istəyənlərdir. Hər halda yayılan məlumatlardan belə sezilir. Hesab edirəm ki, xalq tələb edəcəksə, Etibar Məmmədov aktiv siyasətə qayıtmaq barədə düşünə bilər. Amma onun bu məsələyə hansı münasibət bildirəcəyi barədə dəqiq heç nə deyə bilmərəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar