Xəbər lenti
“Torpaqlar geri qaytarılacaq” - Əli Əhmədov
“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər uzatmağa çalışır və ona görə də ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçib”.
Manevr.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün baş tutmamasına münasibət bildirərkən deyib.
Ə.Əhmədov bildirib ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir: “Ermənistan bu yolla münaqişənin nizama salınmasına əngəl törədir, status-kvonu qoruyub saxlamağa çalışır. Güman edirəm ki, Ermənistan rəhbərliyi çox yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılacaq. Əks halda Azərbaycan öz imkanları ilə bunu həll edəcək. Buna görə də Ermənistan münaqişənin həllini mümkün qədər uzatmağa çalışır, ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçir”.Trend
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































