Xəbər lenti
Bakı ermənisi yeni hökumətdə də yer aldı
Ukrayna parlamenti – Ali Rada avqustun 29-da yeni hökumətin tərkibini təsdiqləyib. Baş nazir postuna Aleksey Qonçaruk gətirilib. 1984-cü il təvəllüdlü Aleksey Qonçaruk Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini vəzifəsini tuturdu.
Hökumət ikisi eyni zamanda baş nazirin müavini olan 15 nazirdən ibarətdir. Manevr.az məlumatına görə, Bakı ermənisi Arsen Avakov daxili işlər naziri vəzifəsində saxlanıb. 1964-cü ildə Azərbaycan paytaxtında doğulan Arsen Avakov iki yaşından Ukraynada yaşayır. Xarkov Politexnik İnstitutunu bitirib. Uzun müddət bizneslə məşğul olub. 2005-2010-cu illərdə Xarkov vilayətinin qubernatoru postunu tutub, sonra Ali Radanın deputatı seçilib. 2014-cü il fevralın 22-dən daxili işlər naziridir.
Avqustun 29-da Ali Rada yeni tərkibdə ilk iclasını keçirib, bununla əvvəlki hökumət istefaya gedib.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. İyulun 21-də seçilmiş parlamentdə prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 254 mandatla təmsil olunur.
Bu ilin prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.novator.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar