Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nursultan Nazarbayev bütün ölkələrdə nüvə sınağı poliqonlarının ləğv olunmasını təklif edib

Tarix: 29-08-2019 18:12     Baxış: 4239 A- / A+
Nursultan Nazarbayev bütün ölkələrdə nüvə sınağı poliqonlarının ləğv olunmasını təklif edib


Qazaxıstanın paytaxtında nüvə silahı olmayan və qlobal təhlükəsiz dünyada Nazarbayev adına mükafatın təqdimatı keçirilib.

Tədbirdə iştirak edən Qazaxıstanın ilk Prezidenti və Təhlükəsizlik Şurasının rəhbəri Nursultan Nazarbayev bütün ölkələrdə nüvə sınaqları poliqonlarının ləğvi təklifini irəli sürüb və bununla bağlı təcrübə mübadiləsinə hazır olduğunu bildirib. O, eyni zamanda, Nüvə Silahının Yayılmaması barədə Sazişin mexanizminin universallaşmasına və maksimum gücləndirilməsinə nail olmağın zəruriliyini qeyd edib.

Qazaxıstan Təhlükəsizlik Şurasının başçısı son iki onillikdə beynəlxalq monitorinq sisteminin köməyi ilə Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin universallaşdırılması sahəsində irəliləyişlərin əldə olunduğunu da vurğulayıb.

Bu il Nazarbayev mükafatına MAQATE-nin keçmiş baş direktoru Yukio Amano (ölümündən sonra) və Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının icraçı katibi Lassina Zerbo layiq görülüb.

Qeyd edək ki, mükafat Nursultan Nazarbayev tərəfindən 2016-cı ildə təsis edilib və iki ildən bir Semipalatinsk nüvə poliqonunun bağlanması günündə - 29 avqustda təqdim edilir. (AZƏRTAC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar