Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndi Pedaqoji İnstitutu (Universiteti) bərpa edilsin - DEPUTATDAN TƏKLİF...

Tarix: 29-08-2019 08:22     Baxış: 3256 A- / A+
Xankəndi Pedaqoji İnstitutu (Universiteti) bərpa edilsin - DEPUTATDAN TƏKLİF...

Aydın Mirzəzadə: “O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda yerləşə bilər”

Millət vəkili Aydın Mirzəzadə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyətinin bərpa edilməsinin tərəfdarıdır.

Belə bir təkliflə çıxış edən millət vəkili öncə xatırladıb ki, hələ 1973-cü ildə sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Xankəndində Pedaqoji İnstitut açılıb.

Onun dediyinə görə, bəlkə də SSRİ-də az-az institutlarda vardı ki, orada üç dildə tədris aparılırdı və bunlardan biri də məhz həmin institut idi.

“O institutun açılması Qarabağdakı Azərbaycan icmasının öz mövqeyinin möhkəmlənməsində, Azərbaycan ictimai fikrinin öyrənilməsində çox böyük rol oynayıb. Çox təəssüf ki, məlum Dağlıq Qarabağ məsələlərindən sonra həmin institut Şuşaya köçdü, Şuşanın işğalından sonra Azərbaycanın başqa regionuna köçdü, sonda isə hansısa universitetə birləşdirildi.

Ona görə mən belə hesab edirəm ki, həmin institutu – Xankəndi Pedaqji İnstitutu bərpa edilməlidir. Tələbə qəbulu verilməlidir. O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda, lap Mingəçevirdə yerləşə bilər və bir qaçqın universiteti kimi ermənilərin işğalçılıq siyasətinə qarşı ideoloji silah kimi onun mövcudluğundan istifadə edə bilərik”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.etikxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar