Xəbər lenti
“Mütəllibov imtiyazlardan məhrum edilsin” - Partiya sədrindən prezidentə çağırış
Manevr.az-ın məlumatına görə, belə bir təkliflə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev çıxş edib.
VİP sədrinin belə bir təkliflə çıxış etməsinə səbəb A. Mütəllibovun Azərbaycanın dövlət müstəqilliyinə həqarət etməsi olub:
“Belə ki, Haqqın.az informasiya portalında SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı yazıda keçmiş Azərbaycan Respublikası prezidenti Ayaz Mütəllibovun müsahibəsi yer alıb. Müsahibədə eks-prezident SSRİ-nin dağılması prosesindən təəssüf və ürək ağrısı ilə danışır. Keçmiş imperiyanın dağılmasını “tarixin səhvi” adlandıran Mütəllibov, Qorbaçov və Yeltsin haqqında mənfi fikirlər səsləndirir. SSRİ-nin dağılmasını bir faciə kimi qiymətləndirən keçmiş kommunist-prezident, imperiyanın saxlanması üçün təşəbbüslərə zamanında hazır olduğunu, Belovejsk sazişi imzalanmasına dəvət olunmamasını SSRİ-nin dağılma səbəbi kimi təqdim edir. Orada olacağı təqdirdə Azərbaycanın müstəqil olacağına dair əlindən gələni edəcəyini bildirir. Bu adam müstəqil və suveren Respublikanın dövlət imtiyazları ilə yaşayan, ömür sürən birisidir. Çəkinmədən Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həqarət nümayiş etdirir”.
Partiya sədri əlavə edib ki, müstəqil Azərbaycan bayrağını və gerbinini parlamentə gətirən, Müstəqillik aktını imzalayan ilk prezident müstəqilliyə 25 ildən sonra hörmətsizlik nümayiş etdirir:
“Anlayıram ki, bu müsahibə hakimiyyətin siyasi dəsti-xəttini yönləndirənlərə xoş gəlmək üçün verilib. Amma bu qədər də buqələmunluq etmək olmaz axı! İxtiyar yaşında birinin özünü bu qədər təkzib etməsi onun özünə ziyandır. Bu fakt bir daha göstərir ki, Ayaz Mütəllibov siyasətdə təsadüfi adamdır, heç bir siyasi duyumu mövcud deyilmiş. Sən demə axına düşmüş çör-çöp kimi bu illər ərzində divara dəyə-dəyə mövcud olub. Biz hansı Mütəllibova inanaq? Dövlət müstəqilliyi aktına imza atan, Rəsulzadə dövlətini bərpa edən, onu dünyada tanıdan heyət formalaşdırıb dünyaya göndərən, ermənilərə qarşı prinsipial mübarizə aparanamı, yoxsa 1990 cı ildə Şəhidlərin qanı üzərində hakimiyyətə gələn, 1991-ci ilin martında referendumu təşkil edib SSRİ-ni qorumağa çalışan, Azərbaycandan qaçıb Moskvada gizlənən, belə müsahibə verib Azərbaycanın dövlət müstəqilliyindən təəssüflənən birisinəmi?
Prezident Əliyevə müraciət edərək, müstəqil dövlətin imtiyazlarına layiq olmadığını öz müsahibəsində ortaya qoymuş Mütəllibovu imtiyazlardan məhrum etməyə çağırıram”-deyə, Ə.Əliyev əlavə edib.
O deyib ki, SSRİ-nin varisi Rusiya Federasiyasıdır: “Qoy, Mütəllibov Putindən imtiyaz dilənsin”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar