Xəbər lenti
Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyir

Gürcüstan Abxaziya və Cənubi Osetiya itkisi ilə barışmaq fikrində deyil. Qonşu ölkə prezidenti Salome Zurabişvili belə açıqlama ilə çıxış edib.
Manevr.az xəbər verir ki, Gürcüstanın dövlət başçısı prezidentliyi dövründə ölkənin ərazi bütövlüyünün tam təmin olunmasına böyük ümid bəsləyir.
“Gürcüstanın heç bir hakimiyyəti – nə bugünkü, nə gələcəkdəki – ərazi bütövlüyünün pozulması ilə barışmayacaq. Heç beynəlxalq ictimaiyyət də bu faktı qəbul etmir”, – prezident belə deyib.
Zurabişvili Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə geri qaytarılacağına ümid edir. Prezident bunun ən böyük arzusu olduğunu bildirib.
Gürcüstan bu əraziləri 2008-ci ilin avqustunda itirmişdi. Rusiya Gürcüstanı aqressiyada ittiham edərək respublikaların müstəqilliyinin müdafiəsinə qalxmışdı. Kreml avqustun 26-da həm Abxaziyanın, həm də Cənubi Osetiyanın suverenliyini tanıdığını elan etmişdi.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar