Xəbər lenti
XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma "prezident seçkiləri"nə münasibət bildirib.
XİN-dən verilən məlumata görə, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar