Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nazarbayevdən müdhiş addım - ŞƏKİL

Tarix: 22-08-2019 17:47     Baxış: 3210 A- / A+
Nazarbayevdən müdhiş addım - ŞƏKİL


Qazaxıstanın ilk prezidenti, Elbaşı Nursultan Nazarbayev "Nur Otan” partiyasının geniş iclasında partiyanın siyasi bürosunda dəyişiklik etmək təşəbbüsünü irəli sürüb.

"Kazinform” dövlət agentliyinin verdiyi xəbərə görə, Elbaşı deyib ki, dövlət qulluğuna keçən kadrların yerinə siyasi büroya yeni üzvlər qəbul edilməlidir. O, türk dünyasının tanınmış fikir adamı və professoru Darxan Kıdıralının siyasi büroya irəli çəkilməsini təklif edib: "Biz dəfələrlə qeyd etmişik ki, məmurlar xalqa yaxın olmalıdırlar. Buna görə də, biz gənclərə üstünlük verməliyik. Bu məsələdə xüsusən də, kənddəki gəncləri irəli çəkməli, ziyalılarla sıx əlaqə yaratmalıyıq. "Nur Otan" partiyasının siyasi bürosunda boşalan yerlərdən birinə türk dünyasında tanınmış tarixçi alim, professor, Beynəlxalq Türk Akademiyasının prezidenti, "Egemen Qazaqstan” dövlət qəzetinin idarə heyətinin rəhbəri Darxan Kıdıralının seçilməsini məqsədəuyğun hesab edirəm. Darxan Kıdıralı ziyalıları öz ətrafına toplaya və onlarla yaxşı əlaqələr qura bilir, o, tirajı çox aşağıya enmiş qəzeti yüksəltdi".

Onun təklifi yekdilliklə qəbul olunub.

Elbaşı "Nur Otan” partiyasının iclasında Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasına ölkənin ali məktəblərindəki rüşvətxorluq hallarının da araşdırılmasını tapşırıb və ali məktəblərin dünyanın inkişaf etmiş ölkələrindəki ilk 30-luğa düşməsi üçün özünün üç reseptini söyləyib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası (TWESCO)-nun prezidenti Darxan Kıdıralıya Nursultan Nazarbayev tərəfindən göstərilən etimad türk dünyasında böyük əks-səda doğurub.

Nazarbayevdən müdhiş addım - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar