Xəbər lenti
Erməni nazir Azərbaycana təslim olan əsgərdən danışdı
"Mən şəxsən əminəm ki, bizim hərbi qulluqçu Araik Kazaryan yolu azaraq Azərbaycan tərəfinə adlayıb".
Manevr.az modern.az-a istinadən xəbər verir ki, belə bir açıqlama verən Ermənistanın müdafiə naziri David Tonoyan növbəti dəfə riyakarlıq edib.
Çünki Araik Kazaryanın yayılmış şəkillərində onun ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olduğu açıq-aşkar görünür.
Amma David Tonoyan Kazaryanın hərbi hissədən qaçmağa məcbur etmiş özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət kimi səbəbləri təkzib etməyə çalışıb.
O, erməni əsgərin geri qaytarılması ilə bağlı artıq müvafiq beynəlxalq təşkilatlara müraciət olunduğunu qeyd edib.
"Bu, bizim üçün ağır hadisədir, amma düşünürəm ki, hər şey yaxşı sonluqla qurtaracaq,-deyə nazir bildirib
Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar