Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı ekspert: Paşinyanın populizmi sağlam düşüncə çərçivəsinə sığmır

Tarix: 06-08-2019 13:38     Baxış: 3213 A- / A+
Rusiyalı ekspert: Paşinyanın populizmi sağlam düşüncə çərçivəsinə sığmır

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasının qarantı olan ölkələrə meydan oxuyur, Yerevanın Azərbaycanla sülhə hazır olmadığına açıq şəkildə eyham vurur.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Nikol Paşinyanın Xankəndində çıxışı coşqun fantaziyanın uçuşmasına daha çox oxşayır və fikrimcə, Ermənistan əhalisi bunu gözəl başa düşür. Paşinyan işğal olunmuş ərazilərdə çıxış etməklə Bakıya və Qarabağ münaqişəsini həll etməyə çalışan digər ölkələrə eyham vurur ki, Ermənistan sülhə hazır deyil”, - politoloq N.Paşinyanın ötən gün Xankəndində “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin populist davranışı sağlam düşüncə çərçivəsinə sığmır:

“Bu ya tam laqeydsizlikdir və razılığa gəlməyin vacibliyini başa düşməmək istəyidir, ya da Paşinyan kiminləsə razılağa gəlməyə çalışır və bu davranışı sərgiləmək üçün hansısa təminatlar alıb. İstənilən halda onun etdiyi hər şey sağlam düşüncə çərçivəsinə sığmır. Qeyd etmək lazımdır ki, Paşinyan Xankəndindəki çıxışı ilə sübut etməyə çalışır ki, Qarabağ erməniləri və Ermənistan bir ölkədir, bu da, həmçinin sülh nizamlanması ilə məşğul olan ölkələrə çağırışdır. Elə təəssürat yaranır ki, Ermənistan və onun lideri onlardan başqa heç kəsin olmadığı paralel gerçəklikdə yaşayır”.

Y.Mixaylov vurğulayıb ki, N.Paşinyanın bəyanatı Ermənistanın daxili auditoriyasına hesablanıb, o, ölkə əhalisi arasında populyarlığını sürətlə itirir:

“Paşinyanın populyarlığını itirməsi aşkardır və o, erməni millətinin böyük gələcəyi haqqında populist çıxışlar edir. Ermənistanın nəinki 5 milyon əhalisi olmayacaq, hətta qeyd edilən 3 milyon əhalidən yalnız miqrasiya üçün pulu çatmayanlar ölkədə qalacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar