Xəbər lenti
Ceyhun Bayramov: Olimpiadaya ev sahibliyi etmək bizim üçün şərəfdir

Keçirilən olimpiada bu günün və sabahın ən parlaq zəkalarını birləşdirir.
Manevr.az xəbər verir ki, bu sözləri Təhsil Naziri Ceyhun Bayramov “IOI 2019” - 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində deyib.
O bildirib ki, belə bir beynəlxalq elmi olimpiadaya ev sahibliyi etmək bizə şərəf verir: “Hər il beynəlxalq elmi olimpiadalarda iştirak edən tələbələrimiz medallarla vətənə gəlir. Bu, bizi çox qürurlandırır. Biz elm müsabiqələrinə qatılmağa və onların keçirilməsinə xüsusi diqqət yetiririk. 2015-ci ildə Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiyadasında azərbaycanlı tələbələr 2 medal qazanmışdı. İnanırıq ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayacaq”.
Nazir qeyd edib ki, son 6 ildə şagirdlərimiz olimpiadalarda 150-dən çox medal qazanıb: “Ümid edirik ki, bu medalların sayı artacaq. Təhsil müddətində əldə olunan biliklərdən səmərəli şəkildə istifadə etmək bu medalları qazanmaq qədər vacibdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar