Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Proqram ciddi nəticələr verir - Nazir

Tarix: 01-08-2019 10:05     Baxış: 2245 A- / A+
Proqram ciddi nəticələr verir - Nazir


Artıq bu ilin əvvəlində təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılıb. Üç Dövlət Proqramı böyük uğurla icra olunmuşdur və yekun nəticə olaraq əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişmişdir.
Regionların indiki vəziyyəti 15 il bundan əvvəlki vəziyyətindən həqiqətən, fundamental dərəcədə fərqlənir. Bu inkişafda qəbul etdirdiyiniz proqramların rolu müstəsna əhəmiyyət kəsb edir.

Manevr.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Bu ilin əvvəlində təsdiqlədiyiniz dördüncü proqramın icrası uğurla davam etdirilir. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi, ilk növbədə, bu proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilmişdir. Eyni zamanda, bu proqram regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması ilə yanaşı, sosial infrastrukturun yaxşılaşmasına da yönəldilmiş bu proqram ciddi nəticələr verir. Həmçinin Dövlət Proqramının icrası kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətində atılan vacib addımlardan biridir. Bu gün artıq qeyd etmək olar ki, regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır”, - nazir bildirib./axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar