Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
26-09-2026
BÜTÜN XƏBƏRLƏR

“ABŞ prezidentləri ermənilərə vədlərini heç vaxt yerinə yetirmirlər” - erməni ekspert

Tarix: 28-07-2019 10:43     Baxış: 4320 A- / A+
“ABŞ prezidentləri ermənilərə vədlərini heç vaxt yerinə yetirmirlər” - erməni ekspert


“ABŞ senatoru, Demokrat partiyasından prezidentliyə namizəd Berni Sandersin “erməni soyqırımı”nı (qondarma - red.) tanımaq barədə vədinin taleyi prezidentliyə digər namizədlərin bu barədə verdikləri sözlərdən fərqlənməyəcək”.

Bu sözlər Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, türkoloq Ruben Safrastyana məxsusdur.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ABŞ prezidentliyinə bütün namizədlər seçkidən öncə belə vədlərlə çıxış etsələr də, sonradan sözlərini “unudurlar”.

“Hər şey Türkiyə və ABŞ arasındakı qarşılıqlı münasibətlərdən asılı olacaq. Hazırda onun gərgin olduğunu bilirik. Lakin ABŞ hakimiyyətinin Türkiyəni daha da qızışdırmağı gözə alaraq “erməni soyqırımı”nı (qondarma-red.) tanıyacağını söyləmək çətindir”, - deyə ekspert qeyd edib.

Ruben Safrastyan əvvəllər də rəsmi Ankara və Vaşinqton arasında bu cür gərginliklərin yaşandığını, lakin erməni məsələsinin heç bir zaman Türkiyəyə təzyiq aləti kimi istifadə olunmadığını bildirib.

“Ona görə də bu istiqamətdə hər hansı dəyişikliyin baş verəcəyinə ümid etməyə dəyməz”, - deyə o, vurğulayıb.

Qeyd olunur ki, bu il iyulun 26-da Vermont ştatından senator, ABŞ prezidentliyinə namizəd Berni Sanders Los-Anceles şəhərində tərəfdarları qarşısında çıxışında qondarma “erməni soyqırımı” məsələsini tanıyacağını deyib.

Senator ABŞ prezidenti seçilməsi halında aprel ayının 24-də “soyqırım” ifadəsini işlədəcəyinə söz verib./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar