Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Palmali" “Lukoyl”a qalib gəldi - 260 milyon təzminat ödəyəcək...

Tarix: 27-07-2019 23:10     Baxış: 4226 A- / A+
"Palmali" “Lukoyl”a qalib gəldi - 260 milyon təzminat ödəyəcək...

Rusiyanın ən iri neft şirkətlərindən olan “Lukoyl” şirkəti “Palmali” şirkətlər qrupuna 260,9 milyon rubl təzminat ödəyəcək.

Bu, “Palmali Gəmiçilik” şirkətinə məxsus neft tankerlərini icarəyə götürdüyü üçün “Lukoyl”un üzərində yaranan borcdur.

Qeyd edək ki, müvafiq qərar “Palmali”nin Rostov filialının iddiasını təmin edən Həştərxan arbitraj məhkəməsi tərəfindən qəbul edilib. İddia “Lukoyl” şirkətinə daxil olan “Lukoyl-Nijnevoljskneft” müəssisəsinə qarşı irəli sürülmüşdü.

Məhkəmənin qərarına əsasən, “Lukoyl”un törəmə müəssisəsi olan “Lukoyl-Nijnevoljskneft” 260,9 milyon rubl vəsaiti bağlanmış müqavilələrə görə neft tankerlərini icarəyə götürdüyü üçün ödəyəcək. Neft məhsullarını daşımaq üçün tankerləri isə Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupuna daxil olan “Palmali Gəmiçilik” şirkəti verirdi. İş üzrə materiallarda həmin tankerlərin istifadə edildiyi regionlar göstərilmir. Lakin “LUKoil”un saytında göstərilir ki, bu şirkət Xəzər və Azov dənizlərində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğuldur.

Onu da xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Türkiyənin “Palmali Denizçilik” şirkəti Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə vermişdi.yenisabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar