Xəbər lenti
Ukraynada parlament seçkiləri bitməmiş hakim partiya artıq spikeri müəyyənləşdirib
Ukraynada bu gün parlament seçkiləri keçirilir. Yerli mətbuat isə artıq prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasının Ali Radanın spikeri postuna namizədini müəyyənləşdirdiyni yazır.
Partiyanın seçki qərargahından verilən məlumata görə, bu seçkilərdə siyahıda 1-ci sırada namizəd göstərilən Dmitri Razumkovdur.
“D.Razumkov prezident seçkilərində özünü ən yaxşı tərəfdən göstərib. Bu dəfə də o, bizi məyus etməyəcək. Seçkilər bitdikdən sonra bununla bağlı müvafiq qərar qəbul olunacaq”, deyə “Xalqın xidmətçisi”nin seçki qərargahının rəhbəri Aleksandr Korniyenko jurnalistlərə bildirib.
Potensial namizəd isə bununla bağlı çıxan xəbərlərə şərh verməkdən boyun qaçırıb.
Dmitri Razumkov özü siyasi texnoloqdur. 2006-2010-cu illərdə o , keçmiş prezident Viktor Yanukoviçin “Regionlar” partiyasının üzvü olub. Gələcək spiker 2018-ci ildə Vladimir Zelenskinin “Ze komandası” hərəkatına qoşulub.
Ukrayna parlamentini hazırkı spikeri Andrey Parubiy isə keçmiş prezident Pyotr Poroşenkonun “Avropa həmrəyliyi” parityasınnın siyahsının 2-ci sırasında gəlir.
Yelri “Reytin” şirkətinin son rəy sorğularına əsasən “Xalqın xidmətçisi” partiyası seçicilərin 49,5%-ni toplaya bilər. Bundan başqa keçid baryerini Viktor Medvedçukun Kremlpərəst “Müxalifət platformu-Həyat uğrunda” bloku (10,5%), Pyotr Poroşenkonun “Avropa həmrəyliyi” (7,7%), keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası (6,9%), habelə “Elzanın okeanı” musiqi qrupunun lideri Svayatoslav Vakarçukun “Səs” partiyası aşa bilər.
Ukrayna prezidenti Vladimir Zelenski isə gələcək baş nazirin kimliyini açıqlamasa da onun hansı keyfiyyətlərə sahib olacağına aydınlıq gətirib. “112 Ukraina” saytının məlumatına görə, ölkə başçısı hökumətə ukraynalı, əvvəllər nə baş nazir, nə də parlament sədri postlarını tutmuş, hər hansı fraksiyanın lideri olmayan, tamamilə müstəqil və sırf iqtisadçı birisi tərəfindən başçılıq edilməsini arzuladığını söyləyib.
Bundan başqa Ukrayna lideri artıq parlament deputatlarının toxunulmazlığının qaldırılması üçün qanun layihəsini hazırladıqlarını bildirib.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar