Xəbər lenti
Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT
Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edəndən sonra planlı iqtisadiyyatdan özəl mülküyyət üzərində qurulmuş bazar iqtisadiyyatına keçib. Bazar iqtisadiyyatın üstün cəhətləri və öz tələbləri var. Yəni, bazar tələb və təklif üzərində qurulur. Bazarlarda qiymətlər də təklif və tələbə uyğun formalaşır. Təklif tələbdən üstün olanda, qiymətlərdə artım baş verir. Əksinə olanda isə qiymətlər aşağı düşür.
Bu gün mövsüm olmasına baxmayaraq, bəzi növ kənd təsərrüfatı məhsulların qiymətlərində keçən ilə nisbətən bahalıq müşahidə olunur. Məsələn, xiyar və pomidoru misal göstərmək olar. Bu məhsulların qiymətlərinin kəskin şəkildə ucuzlaşmamasının səbəbini də bazara kifayət qədər məhsulun təqdim olunmaması ilə əlaqələndirərdim.
Manevr.az xəbər verr ki, bunu etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.
Onun sözlərinə görə, bu il havaların yağışlı və dəyişkən keçməsi, lazımı qədər günəşin olmaması meyvə-tərəvəz mövsümünü də “gecikdirib”.
“Bu da bazarda məhsul bolluğunun yaranmasını çətinləşdirib. Düşünürəm ki, bir az müddət keçəndən sonra kənd təsərrüfatı məhsullarının qiymətlərində aşağı enməni müşahidə edəcəyik.
Burda qiymətə təsir göstərən süni amili də görürəm. Məhsulları bazarlara əsasən birbaşa fermərlər tərəfindən çıxarılmadığından, topdan ticarətlə məşğul olan işbazlar malları ucuz qiymətə alaraq, aldığı qiymətin üzərinə çox, hətta, iki dəfə artıq pul qoyaraq satışı həyata keçirirlər.
İqtisadiyyat Nazirliyi bu istiqamətdə monitorinqlər apararaq, belə işbazlara qarşı mübarizəni gücləndirsə, yaxşı olardı.
Həm də Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılmış Aqrar ticarət təşkilatı da fəaliyyətini aktivləşdirərək, şəhərin ayrı-ayrı yerlərində pərakəndə satış nöqtələri ( köhnə koptyurkalar şəkilində) yaradaraq, oralarda ucuz qiymətə məhsulların satışını təşkil etsələr, bu, bazarlarda qiymətlərin tənzimlənməsinə öz təsirini göstərər”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar