Xəbər lenti
"Bəs kimdən gözləməlidir, müxalifətdən?” - ADP sədrindən vitse-spikerə ilginc sual

Ölkədəki son qiymət artımına münasibət bildirən vitse-spiker Bahar Muradova bildirib ki, əhali hazırkı məqamda hökumətdən heç nə gözləməməlidir.
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında bildirib ki, xalq onsuz da hökumətdən heç nə gözləmir:
“Xalqımızın istəyi odur ki, hökumət yanlış siyasətinin hesabını xalqdan sormasın. Onsuz da 23 ildir ki, xalq bu hökumətdən heç nə gözləmir. Biz istəmirik ki, Azərbaycanda da xarici ölkələrdə olduğu kimi sosial partlamalar olsun. Adicə bir Qubada, İsmayıllıda insanlar etiraz edən kimi hökumət ciddi problemlər yaşadı. Hökümət xalqa belə münasibət göstərirsə onda getsinlər Quba, İsmayıllı hadisələrinə bənzər sosial çıxışlara hazırlaşsınlar. Azərbaycan xalqı normal yaşaya bilməyəcək. Hazırda bütün sahələrdə qiymət artımı davam edir. Bahar xanım deyir ki, xalq hökumətdən heç nə gözləməməlidir. Bəs kimdən gözləməlidir, müxalifətdən?”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar