Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın NATO-ya Qarabağ məktubu saxta çıxdı - Şəkil

Tarix: 03-07-2019 17:36     Baxış: 4212 A- / A+
Paşinyanın NATO-ya Qarabağ məktubu saxta çıxdı - Şəkil

Ermənistanın xüsusi xidmət orqanları Baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə yayılmış saxta məktubunun müəllifini axtarırlar. NATO-nun Baş katibi Yens Stoltenberqə ünvanlanmış məktubda Ermənistan hökumətinin başçısı guya Şimali Atlantika Alyansı ilə daha sıx əməkdaşlığa hazır olduğunu və Dağlıq Qarabağ münaqişəsinin bunun qarşısında ən böyük əngəl təşkil etdiyini bildirir. O, bu kontekstdə guya ilin sonunadək “erməni qoşunlarını Dağlıq Qarabağdan çıxaracağını” vəd edib.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, saxta məktubda Ermənistan qoşunlarının münaqişə zonasından çıxarılacağı və Dağlıq Qarabağın Azərbaycanın nəzarətin veriləcəyinə dair ümumxalq referendumu keçiriləcəyi barədə fikirlər də yer alıb. Bu feyk məktubu ilk dəfə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan aşkar edib. O, bildirib ki, yüksək ehtimalla məktubun mətni Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan isə bu vəziyyəti şərh etməkdən imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi isə məktubun feyk olduğunu təsdiq edib, lakin onu şərh etmək istəməyib.

Kibertəhlükəsizlik üzrə ekspert Martirosyan qeyd edib ki, məktub çox savadlı hazırlanıb. Onun sözlərinə görə, hətta Paşinyanın ən qatı düşmənləri belə bu məktubun feyk olduğunu bildiriblər.

Paşinyanın mətbuat katibi də bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.
Paşinyanın NATO-ya Qarabağ məktubu saxta çıxdı - Şəkil


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar