Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İsveçrə iş adamlarını müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib

Tarix: 28-06-2019 18:41     Baxış: 2181 A- / A+
Azərbaycan İsveçrə iş adamlarını müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib


İyunun 27-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə İsveçrənin Sürix şəhərində İsveçrə-Azərbaycan biznes-forumu keçirilib. "Cənubi Qafqaz bazarları - MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda təşkil olunan tədbirdə Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Bu barədə report-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Biznes-forumda çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova və İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin nümayəndəsi Toni More Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıblar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq sahəsində aparılan islahatlar, biznes və investisiya mühiti barədə məlumat verib, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Biznes-forumda İqtisadiyyat Nazırliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, "Azərtelekom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev, "Dövlət Aqrar Ticarət Şirkəti"nin direktoru Leyla Məmmədova, Dövlət Turizm Agentliyinin şöbə müdiri Cəmilə Talıbzadə, "Alliance Logistics”ın direktoru Natiq Heydərov, "Socar Polymer” MMC-nin baş direktorunun müavini Məmmədəli Hüseynov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı təqdimatla çıxış ediblər.

İsveçrəyə səfər çərçivəsində AZPROMO və Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət, investisiya, iqtisadi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda tərəflər arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı dəstək, təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, yeni əlaqələrin yaradılması və s. məsələlər nəzərdə tutulub.

Qeyd edək ki, İsveçrənin Turqau Kantonunun Ticarət və Sənaye Palatası 600-dən çox yerli şirkəti özündə birləşdirir və sənaye, ticarət və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlara müxtəlif xidmətlər göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar