Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Şuradan 11 partiyaya mesaj

Tarix: 02-12-2016 14:04     Baxış: 5557 A- / A+
Milli Şuradan 11 partiyaya

"Onlarla əməkdaşlıq mümkün deyil və bu, prinsipial mövqedir"

“Mənim 11 partiyanın ADP qərargahına toplanıb müzakirə aparması haqda informasiyam yoxdur. Bu görüşü mütəmadi keçirib-keçirmədikləri, onların blok yaradıb-yaratmadıqlarını da bilmirik”.

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Teleqraf.com-a bəzi müxalifət partiyalarının son günlər birgə müzakirələr aparmasını şərh edərkən deyib.

Manaflı deyib ki, adətən son günlər Tarif Şurasının qərarı müzakirə edilir və siyasilər bununla bağlı bəyanatlar verir. Bu ümumi məsələdir və hər bir partiya mövqeyini ifadə edir: "Ancaq həmin görüşə Milli Şuranın dəvət olunması haqda bizdə xəbər yoxdur. Bu həftənin çərşənbə günü Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı olub. Həmin toplantıda şuranın rəhbər heyəti iştirak edib. Amma Milli Şuranın bu tədbirə dəvət edilməsi haqda hər hansı bir məsələ olmayıb. Bu halda onlar kimi dəvət ediblər?”

Milli Şura üzvü həmçinin deyib ki, əslində onlar belə tədbirə dəvət alanda iştirak etmirlər: “Həmin 11 partiyanın içərisində Milli Şuranı yaradan, hətta təsisçisi olan partiyalar mövcuddur. Onlar vaxtı ilə Milli Şuradan uzaqlaşıb və Milli Şuraya ciddi zərbələr vurublar. Son prezident seçkilərindən sonra onların fəaliyyətləri faktiki olaraq bizim yollarımızı ayırıb. Artıq onlarla əməkdaşlıq mümkün deyil və bu, Milli Şura üçün prinsipial mövqedir. Əməkdaşlıq üçün əslində heç situasiya da mövcud deyil. Bu gün əməkdaşlıq söhbətinin ümumiyyətlə, müzakirə müstəvisinə çıxarılmasının əsasları yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar