Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ Qarabağ siyasətini dəyişir - Yeni nüanslar/Şərh

Tarix: 20-06-2019 21:21     Baxış: 3209 A- / A+
ABŞ Qarabağ siyasətini dəyişir - Yeni nüanslar/Şərh

"Əslində Amerika sülh danışıqlarının təşəbbüsünü üzərinə götürüb. Yəni digər tərəflərin münaqişənin həllini öz üzərinə götürmək, inhisarında saxlamaq prosesini pozur, və münaqişənin həllində maraqlı olduğunu nümayiş etdirir".

Manevr.az xəbər verir ki. bu fikirləri teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Asim Mollazadə əlavə edib ki, hazırda ABŞ-ın icra strukturlarına erməni lobbisinə bağlı şəxslər olmadığına görə, ABŞ hökuməti beynəlxalq hüquq normaları çərçivəsində Qarabağ münaqişəsinin həllinə dəstək verir: “Burada bir məsələdə çox ciddi müzakirə mövzusu olmalıdır. Çünki Ermənistanın keçmiş rəhbərliyi olan cinayətkarlar cəbhədə hərbi əməliyyatları başlamaqla dünyaya təzyiq göstərməyə çalışırlar. Bu halda Amerika rəsmiləri Ermənistanın hüquqi rəhbərliyini sülh istiqamətində addım atmağa vadar etməlidir. Əks halda Ermənistanın gələcəyi ağır vəziyyətdə ola, bu ölkə münaqişənin həllində irəliyə bir addım belə ata bilmək iqtidarında olmaya və bölgədə stabilliyin pozulma ehtimalı ortaya çıxa bilər”.

Politoloq xatırladıb ki, Amerika bununla ikinci dəfədir ki, Qarabağ münaqişəsinin həllinə dair görüş təşkil edir: “Ümid edirəm ki, ABŞ tərəfindən bu məsələyə diqqət qorunub saxlanılacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar