Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vladimir Zelenski Putinə söyləyəcəyi ilk cümləni artıq seçib

Tarix: 18-06-2019 16:04     Baxış: 4250 A- / A+
Vladimir Zelenski Putinə söyləyəcəyi ilk cümləni artıq seçib



Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə ilk görüşdə nə deyəcəyi barədə sualı cavablandırıb. “Donbas və Krım Ukraynanındır”, - deyə Vladimir Zelenski Qərb mediasına bildirib.


Almaniyanın “Bild” qəzetini yaydığı məlumata görə, Ukrayna lideri Rusiya prezidenti ilə söhbətini məhz bu mövzudan başlamaq istədiyini bildirib. O, Krımı çox sevdiyini və orada dəfələrlə olduğunu sözlərinə əlavə edib.

Vladimir Zelenski Ukraynanın Qərblə münasibətlərində Almaniya kansleri Angela Merkelə çox güvəndiyini də vurğulayıb. Gənc dövlət başçısı A.Merkeli böyük təcrübəyə və “güclü şəxsiyyətə” malik rəhbər kimi təsvir edib.

Bundan başqa o, Ukraynanın struktur islahatlarının həyata keçirilməsində məhz Qərbin köməyinə ümid bağladığını deyib.

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik isə prezidentin təmkinli açıqlamalarından fərqli olaraq daha emosional bəyanat verib. Diplomat Almaniyanın iki siyasətçisini - Ştefan Vayl və Manuel Şveziqi Ukrayna xalqını satmaqda ittiham edib.

Xatırladaq ki, Almaniyanın Aşağı Saksoniya əyalətinin baş naziri Ştefan Vayl Avropa Birliyinin Rusyaya qarşı sanksiyalarını sərt şəkildə tənqid edib. Maklenburq-Ön Pomeraniya əyalət hökumətinin başçısı Manuel Şveziq isə federal hakimiyyəti Kremllə daha sıx əməkdaşlığı çağırıb.

Ukrayna səfiri həmin siyasətçiləri Kremlin əlaltıları adlandırmaqdan çəkinməyib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar