Xəbər lenti
"Ermənistanın mövcudluğu sual altına düşəcək" – Rəy
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ilk gündən ədalətli yanaşmırlar. Onların yanaşması ikili standartlardan o tərəfə keçmir. Ədalətli yanaşma olsaydı, münaqişə çoxdan öz həllini tapardı. Ədalətli yanaşmanın isə bir yolu var; təcavüzkar öz adı ilə çağrılmalıdır.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqda ən ağır sayılan cinayətləri, o cümlədən soyqırımı cinayətini törədib:
“Həmsədrlər bölgədə səfərdə olarkən bu böyüklükdə faciə baş verir. Azərbaycan Ordusu yüksək rütbəli zabitini itirir və bunlar məsələ ilə bağlı heç bir bəyanat vermir. Sadəcə kompüterdən hazır bəyanat çıxarırlar ki, atəşkəsə sadiq qalmaq lazımdır. Başqa konkret heç bir detala toxunulmur. Bununla da Azərbaycan cəmiyyətində haqlı etiraz baş verir”.
E.Həsənli qeyd edib ki, Ermənistanın bircə nicat yolu var:
“Bu da torpaqları azad edib bölgə dövlətləri – xüsusilə Azərbaycan və Ermənistanla əməkdaşlıq etməkdir. Başqa halda Ermənistan nəinki nailiyyətlər qazanmayacaq, əldə etdiklərini də yavaş-yavaş itirəcək. Aprel döyüşləri zamanı Ermənistan da, bütün dünya da gördü ki, Azərbaycan özünün qanuni torpaqlarından əl çəkmək niyyətində deyil. Ermənsitan və onun arxasında duranlar bunu nə qədər tez başa düşsə, İrəvan üçün böhrandan çıxmaq bir o qədər tez və asan olar. Əks təqdirdə bir daha qeyd etməık istəyirəm ki, Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşəcək. Ona görə ki, Ermənistan dövlətidə həm iqtisadi, həm siyasi, həm də hərbi böhran daha da dərinləşəcək və bu ölkədə dövlət çevrilişi qaçılmaz olacaq.
Biz bütün beynəlxalq təşkilatlardan və dünya dövlətlərindən, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərindən bir daha tələb edirik ki, Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləsinlər. Onlar insan hüquqları və beynəlxalq hüquqdan danışmaq əvəzinə real addımlar atmalıdırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar