Xəbər lenti
Azərbaycanın Qazaxıstandakı səfiri ölkənin aparıcı media portalına müsahibə verib
Qardaş və dost ölkə Qazaxıstan Azərbaycanın nailiyyətlərini və uğurlarını hər zaman izləyir, ölkənin media qrumları tarixi günləri özündə əks etdirən xəbərlər və analitik yazılarla öz oxucularınını diqqətini çəkə blirlər.
Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümündə də ölkənin aparıcı media portalı www.e-history.kz dövlətimizin fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla geniş müsahibə dərc edib.
Müsahibədə 1918-ci ilin 28 mayında İstiqlal bəyənnaməsi imzalayan dövlət xadimləri , Azərbaycan Dövlətinin bərqərar olması, imzalaramızın imzalar içərisində görünməsinə səbəb olan insanların həyatından, həmin şəxsiyyətlərin sonrakı talelərindən, və həmin dövrü əks etdirən arxiv sənədlərindən bəhs olunur. Azərbaycan Parlementinin yaranması, Türk dünyası və Müsəlman Şərqində yaranan ilk Cümhuriyyət dövlətinin keçdiyi yol, 23 aylıq şərəfli tarix haqqında bəhs olunur.
E-history.kz portalının əməkdaşı, jurnalist Arman Süleymenovun sullarını cavablandıran diplomat Rəşad Məmmdov , eyni zamanda Qazaxıstanla Azərbaycanın qədim dostluq əlaqələrindən, Türk dünyasının lideri Nursultan Nazarbayevin Azərbaycana 2017-ci ildəki səfəri və bu səfər zamanı imzalanan mühüm sənədlərin əhəmiyyətindən danışıb.
Müsahibədə müasir Azərbaycanın bugünkü uğurları, dövlətimizin həyata keçirdiyi mühüm layihələr barədə məlumat verilib. Diplomat Rəşad Məmmədov eyni zamanda iki lkə arasında mövcud olan təhsil layihələrində, səfirliyin əməkdaşlarının Qazaxıstanın tanınmış təhsil ocaqlarında keçirdikləri mühazirələrin və tədbirlərin əhəmiyyətini qeyd edib.
Arman Süleymenovun hazırladığı maraqlı söhbətlə bu linkdə tanış ola bilərsiniz. https://e-history.kz/ru/publications/view/rashad_mammadov_adr_vipolnila_slozh
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar