Xəbər lenti
Brüsseldə Qubad İbadoğlu erməni naziri çıxılmaz duruma saldı
Hazırda ABŞ-da pedoqoji fəaliyyətlə məşğul olan iqtisadçı alim, ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun dünən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın xarici işlər nazirinə verdiyi cavab auditoriyanın marağına səbəb olub.
Manevr.az musavat.com xəbər verir ki, Q.İbadoğlu bu haqda özünün facebook profilində yazıb. Onun həmin statusunu təqdim edirik:
"Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlıq Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu.
Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual ünvanladım ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?.
"Mən doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək" sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox danışdı, lakin istəyinə nail ola bilmədi, bir sözlə nə qədər çalışdısa yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi."
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar