Xəbər lenti
Gürcüstandan Azərbaycanla bağlı - Bəyanat
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhədin müəyyən olunması məsələsi üzrə bu gün Bakıda keçirilən görüşlə bağlı bəyanat yayıb.
Manevr.az report-a istinadən xəbər verir ki, sənəddə işçi görüşdə Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri Laşa Darsalia və Xələf Xələfovun iştirak etdikləri bildirilib.
Bəyanatda qeyd olunub ki, tərəflər dövlət sərhədinin delimitasiyası məsələsini və gələcək addımları müzakirə ediblər.
Görüşdə bildirilib ki, dövlət sərhədinin, təxminən, 2/3 hissəsi müvafiq komissiyalar tərəfindən razılaşdırılıb, mübahisəli hissələrlə bağlı mövqelərin razılaşdırılması ilə bağlı fəal danışıqların yenilənməsinin vacibliyi vurğulanıb.
Delimitasiya və demarkasiya komissiyasının rəsmi iclasının gələn həftə keçirilməsi barədə qərar qəbul olunub.
Tərəflər məsələ ilə bağlı istənilən təxribatların qəbulolunmaz olduğunu bildirərək delimitasiya prosesində strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin rəhbər tutulacağı barədə razılığa gəliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar