Xəbər lenti
Tural Gəncəliyev:"Təəssüf ki, erməni icmasından bizim çağırışlara reaksiya gəlmir”
“Biz vasitəçilərlə Dağlıq Qarabağdakı erməni icmasına sülh şəraitində birgə yaşaya biləcəyimizə dair çağırış etmişik və əminik ki, erməni icmasının bizim çağırışlardan və müraciətlərdən xəbərləri var”.
Manevr.az bildirir ki, bu sözləri ona-ya açıqlamasında “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib. O bildirib ki, müraciətlər beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri vasitəsilə çatdırılıb: “Beynəlxalq təşkilatların nümayəndələri də bizə bildiriblər ki, erməni icması bizim icmanın fəaliyyətindən xəbərdardır. Təəssüf ki, hansısa bir reaksiya gəlmir”.
Tural Gəncəliyev bildirib ki, müraciətlər həm yazılı şəkildə olub, həm də şifahi şəkildə vasitəçilərə bildirilib: “Bilavasitə erməni icmasına məktub və ya hər hansı rəsmi müraciət ünvanlamamışıq. Çünki bu, fiziki cəhətdən mümkün deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar