Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sərkisyandan şok etiraf: Şuşanı Bakının sayəsində ələ keçirdik

Tarix: 10-05-2019 13:34     Baxış: 21 846 A- / A+
Sərkisyandan şok etiraf: Şuşanı Bakının sayəsində ələ keçirdik

Şuşanı Azərbaycandakı daxili qeyri-stabillik sayəsində ələ keçirdik.

Manevr.az xəbər verir ki, bunu Şuşanın işğalıyla bağlı tədbirdən sonra jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Hər kəsə aydın idi ki, Şuşada uğur qazanılacağı halda qələbə demək olar ki, təmin ediləcəkdi, lakin digər tərəfdən, uğursuzluq olacağı təqdirdə biz tam məğlubiyyətin astanasında olacaqdıq. Məhz bu səbəbdən Şuşaya hücum əməliyyatı hazırlığının gedişində biz uzun müzakirələr apardıq. Buna qədər biz iki dəfə əməliyyatı təxirə saldıq. Şuşaya hücum dörd istiqamətdə aparılırdı”, – deyə o bildirib.

O, hücumdan üç ay öncə Azərbaycanın böyük hücuma keçdiyini və bu hücum zamanı döyüş qabiliyyətli ən güclü erməni batalyonunun məhv edildiyini deyib.

Sərkisyan erməni tərəfinin uğurunun Azərbaycan daxilində siyasi qeyri-stabilliklə bağlı olduğunu etiraf edib:

“Azərbaycanda bu zaman daxili siyasi didişmə və tam qarışıqlıq gedirdi və bu da bizə çox kömək etdi. Əməliyyatda təkcə könüllülər iştirak edirdi, amma vacib olan odur ki, əməliyyatda həmçinin Dağlıq Qarabağın o zamankı bütün rəhbərləri iştirak edirdilər. Robert Köçəryan Laçın istiqamətindən, Bako Xankəndidə formalaşdırılmış bölüklə və Samvel Karapetyan hücuma keçdi. Ümumi məsuliyyəti mən daşıyırdım, Robert Köçəryan və Vazgen Sərkisyana hesabat verirdim. Şuşanın alınması haqqında ayaqüstə danışmaq çətindir, amma bir daha təkrar edirəm ki, Şuşanın ələ keçirilməsi əməliyyatı çox şeyi müəyyənləşdirdi”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar