Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla münasibətləri olan və olmayan müsəlman ölkələri

Tarix: 09-05-2019 12:09     Baxış: 3277 A- / A+
Ermənistanla münasibətləri olan və olmayan müsəlman ölkələri

Fərhad Mehdiyev: “Ərəblər bizimlə müqayisədə ermənilərlə daha yaxşı münasibətdədirlər, amma...”

İşğalçı Ermənistan 1.5 milyardlıq böyük İslam dünyasında Dağlıq Qarabağ məsələsi və saxta “soyqırım” iddiası ilə bağlı özünə daim müttəfiqlər axtarır. Ermənilər nəinki islam ölkələri ilə iqtisadi əlaqələr qurmağa, hətta işğalı, uydurma “erməni iddiası”na yanaşmada müsəlman dünyasındakı ənənəvi yekdil, prinsipial mövqeyi öz xeyrinə dəyişməyə çalışır. İndiyədək İslam ölkələrindən yalnız yarımxristian Livan saxta “erməni genosidi”ni tanıyıb. Dağlıq Qarabağla bağlı vəziyyət isə bir az da ermənilərin ziyanınadır. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi ölkələr işğal faktına görə Ermənistan adında dövləti, ümumiyyətlə, tanımır.

Hazırda İrəvan ərəb dünyasında özünə dəstək axtarmağa başlayıb. Bu günə qədər onlarla siyasi əlaqələr quran, müttəfiq olan hansı müsəlman ölkəsi var?

“Yeni Müsavat” bu sualla bağlı politoloq-ekspert Fərhad Mehdiyevə müraciət edib. Öncə xatırladaq ki, Ermənistan bu günədək yalnız qonşu İranla sıx yaxınlığa nail ola bilib. Bununla belə, 57 müsəlman dövlətini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi İran da təşkilatın Ermənistanı işğalçı kimi tanıyan sənədinə səs verib.

F.Mehdiyev bildirib ki, ərəblər bizimlə müqayisədə ermənilərlə daha yaxşı münasibətdədilər. Onun sözlərinə görə, ermənilərlə ərəblərin tarixi münasibətləri çox qədimdir. O coğrafiyada ermənilər yaşayıblar. Müsahibimiz eyni zamanda azərbaycanlıların 60 faizdən çoxunun şiə olması faktına da toxundu: “Ermənistan faktoru ərəblər üçün ciddi əhəmiyyət kəsb etmir. Onların çoxu sünnidir, biz isə əsasən şiəyik. Üçüncüsü də odur ki, əgər onlar bizə türk gözü ilə baxırlarsa, türklər ərəblərin çox da sevdiyi bir millət deyil. Siz gözləməyin ki, ərəblər islam faktoruna görə ermənilərlə hər hansı münasibət qurmaqdan çəkinsinlər. Bunun üçün heç bir şərait yoxdur”.

Müsahibimiz eyni zamanda Ermənistanın Tunis, İordaniya, Əlcəzairdə, Əfqanıstanda səfirlik açmadığını, ayrıca ərəb liqasında müşahidə missiyasının olduğunu dedi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar