Xəbər lenti
"Divara yamayaram!”, “Asfalta gömərəm!"- “demokrat” baş nazir...
Ermənistan mediası əndrəbadi leksikonlu hökumət başçısının cilddən-cildə girməsini etiraf edir...
“Nikol Paşinyanın "divara yamayaram, asfalta gömərəm" kimi ifadələri ilə zəngin leksikonuyla tanış olan erməni ictimaiyyətinin heç ağlına gəlməz ki, hərdən lazım gələndə o, adamlarla davranışda nə qədər yumşaq olur...”
Manevr.az xəbər verir ki, bunu aprelin 27-də “Vətəndaş günü” keçirən işğalçı(!) ölkənin “demokrat” hesab edilən baş naziri Nikol Paşinyanın əndrəbadi xüsusiyyətlərindən bəhs edən “Qraparak" qəzeti yazıb.
Ermənistan qəzetinin məqaləsində daha sonra deyilir:
"Bizə danışdılar ki, baş nazir hətta əvvəllər təhqir etdiyi,"divara yamadığı” adamlarla şəxsi görüşlər zamanı hədsiz dərəcədə hörmətlə davranır. Və belə görüşlər çox vaxt məhz Paşinyanın öz təşəbbüsü ilə olur. Bu prinsipə uyğun olaraq o, ictimaiyyət qarşısında açıq təhqir etdiyi oliqarxlardan birini yanına dəvət edib, kobud sözlərə görə ondan üzr istəyib və işini əvvəlki hakimiyyətin dövründə olduğu kimi davam etdirəcəyinə ümidvar olduğunu da ifadə edib”.
“Eyni prinsipə əsasən, Paşinyan öz göstərişi əsasında vəzifəsindən azad edilmiş "Artsax Müdafiə Ordusu"nun keçmiş komandanı Levon Mnatsakanyanı dəvət edib və onun dostluğunu qazanmağa çalışıb. Mnatsakanyan böyük çətinliklə baş nazirlə görüşməyə razılıq verib. Görüş zamanı Paşinyan qərarının məntiqini izah etməyə və onunla münasibət qurmağa cəhd edib.
Levon Mnatsakanyanla əlaqə saxladıq. Sualımızı eşitdikdə o, bir az düşünərək "Bunun sizə aidiyyatı yoxdur" cavabını verdi",- erməni qəzeti belə yazır.moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar