Xəbər lenti
“Rusiya bu addımı atarsa, o zaman Qarabağ probleminin həllində hərəkətlilik olar”
İqbal Ağazadə: “Kreml hələ ki, Cənubi Qafqazda necə qalacağını tam şəkildə müəyyənləşdirməyib”
Artıq uzun illərdir ki, Qarabağ probleminin rəsmi Bakının bütün səylərinə baxmayaraq hələ də öz həllini tapmaması, Ermənistanın işğalçılıq mövqeyindən imtina etməməsi cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır.
Bəs Qarabağ probleminin həllində hansısa irəliləyişin baş verməsi üçün nə baş verməldir? Hansı hadisənin və ya prosesin başlanğıcı həm də Qarabağ probleminin həlli prosesinin başlanğıcına çevrilə bilər?
Manevr.az xəbər verir ki, moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə problemin həli üçün Rusiyanın konkret mövqe ifadə etməsinin vacib olduğunu qeyd edib:
“Vəziyyətin dəyişməsi üçün fundamental dəyişikliklərə ehtiyac var. Rusiya hələ ki, Cənubi Qafqazda necə qalacağını tam şəkildə müəyyənləşdirməyib. Hələlik manevrlər edir. Nə qədər ki Rusiya bu şəkildə manevrlər edir, Qarabağ probleminin həllində bir dəyişiklik olmayacaq. Rusiya öz siyasətini bəlli edəndən sonra hansısa yeniliyə ümid etmək olar. Qarabağ probleminin həlli üçün məhz belə bir dəyişikliyə ehtiyac var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar