Xəbər lenti
Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion ETİRAFLAR + VİDEO
BMT baş katibinə məktub göndərilir...
Ermənistan BMT-nin insan hüquqları Şurasına təqdim etdiyi illik hesabatdan əlavə, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin - qondarma Dağlıq Qarabağın adına da hesabat təqdim edib.
Bu hesabat da 6 dildə yayımlanıb. Bununla da Ermənistan BMT-də təxribat törədib.
BMT kimi nüfuzlu qurumun buna şərait yaratması isə təəccüb doğurur. Azərbaycan parlamentində millət vəkilləri bu məsələni müzakirəyə çıxararaq bəyan etdilər ki, məsələyə ciddi reaksiya verilməli, bu cür təxribatların qarşısı mütləq alınmalı və müvafiq qurumlar buna münasibətini bildirməli, həmin qondarma, qanunsuz hesabat BMT-nin saytından çıxarılmalıdır.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da məsələ ilə bağlı REAL-a fikirlərini açıqlayıb.
BMT-nin qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunur?
Qeyd edək ki, BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir.
Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurası sədrinin müavini, ölkəmizin sərhədlərindən kənarda ən populyar vətəndaş cəmiyyəti təmsilçimiz olan tanınmış ictimai xadim Umud Rəhimovun RealTV-dəki çıxışını aydın səmada şimşək effekti kimi qəbul etmək olar və ümid edirik ki, XİN bu rəzaləti aradan qaldırmaq üçün gec də olsa səfərbərlik elan edəcək...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar