Xəbər lenti
BMT-də Bakıya qarşı şok erməni təxribatı
BMT üzvü olan hər bir ölkə bu quruma illik hesabat verir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma Dağlıq Qarabağın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub.
Manevr.az xəbər verir ki, bu sözləri bu gün keçirilən Milli Məclisin iclasında millət vəkili Azay Quliyev deyib. O bildirib ki, hesabat 6 dildə yayılıb:
“Buna müvafiq qurumlar münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib.
Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən bu cür hesabat “Artsax” adı ilə qəbul olunsun?
Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.
Millət vəkili Qənirə Paşayeva həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır. O bildirib ki, Ermənistan BMT-yə təqdim etdiyi illik hesabatında qondarma “dqr”in hesabatını da əlavə etməsi BMT-nin İnsan Haqları Şurasının öz nizamnaməsindən kənara çıxması deməkdir.
“Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir. Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar