Xəbər lenti
Azərbaycanın qonşusu NATO-nun kabusu oldu
"Bu, stels-texnologiyasından istifadə edilən təyyarələr üçün təhlükə mənbəyidir"
"Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi NATO üçün əsl kabus olub". Almaniyanın "Stern" jurnalının eskperti belə düşünür.
Hernot Kramperin sözlərinə görə, bu sistem Amerika Birləşmiş Ştatalarının dominantlığına son qoyub. Bununla yanaşı S-400 stels-texnologiyasından istifadə edilən təyyarələr üçün təhlükə mənbəyidir.
Alman ekspert hesab edir ki, qərb ölkələri sistemin dəqiq xarakteristikasından xəbərsizdirlər. Ancaq Türkiyənin onu alması S-400-ün potensialından xəbər verir.
"Türkiyə uğurlu müqavilə imzalayıb. Çünki S-400 "Patriot"u (ABŞ istehsalı olan sistem) əhəmiyyətli dərəcədə qabaqlayır və iki dəfə ucuz başa gəlir".
Xatırladaq ki, ABŞ və NATO Türkiyənini S-400 almaq fikrindən yayındırmaq üçün dəfələrlə bəyanatlar verib, hətta xəbərdarlıq ediblər. ABŞ S-400 alışı gerçəkləşəcəyi halda Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılacağı, müxtəlif sanksiyalara məruz qala biləcəyi barədə bildirib, ondan seçim etməsini də tələb edib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə artıq S-400 lə bağlı Rusiya ilə alqı-satqı müqaviləsi imzalandığını və geri addım atmaq niyyətində olmadıqlarını bəyan edib. Sistemin ilk təhvil işlərinin bu ilin yayaında baş tutacağı gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar