Xəbər lenti
Paşinyanla Putinin telefon danışığı ilə bağlı qalmaqal
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə rəsmi məlumatın ətrafında qalmaqal yaranıb.
Manevr.az xəbər verir ki, baş nazirin aparatının yaydığı məlumatda onun martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanadakı görüşü barədə Rusiya Prezidentinə “məlumat verməsi” yazılıb. Sonradan isə bu mətn dəyişdirilib və “məlumat verib” sözləri “bəhs edib” ilə əvəz olunub.
Erməni politoloq Armen Qasparyan jurnalistlərə müsahibəsində bildirib ki, Paşinyanın mətbuat xidmətinin rəsmi məlumatın mətnini dəyişdirməsi bəzi mətləblərdən xəbər verir. O vurğulayıb: “Yerli həmkarlarımın da mənə izah etdiklərinə görə, bu dəyişiklik onunla bağlıdır ki, mətnin ilk variantında Ermənistanın baş nazirinin “öz rəisinə” məruzə etməsi təəssüratı yaranır. Ermənistanın suveren dövlət olduğunu nəzərə alsaq, mətbuat xidməti qərara gəlib ki, bu cür təsbit ermənilərin milli hisslərini təhqir edir və mətni yenidən yazmaq lazımdır”. Eyni zamanda, politoloq qeyd edir ki, 30 il ərzində - Levon Ter-Petrosyan da daxil olmaqla bütün prezidentlərin dövründə mətnlər bu formada yazılıb və heç kim bundan narahat olmayıb.
Qasparyan xatırladıb ki, rəsmi məlumatın mətninin dəyişdirilməsinin heç bir mənası yoxdur. Belə ki, Kremlin rəsmi saytında həmin məlumat olduğu kimi qalıb. “Bununla da hökumətin rəhbəri kimi baş nazir Nikol Paşinyan rüsvay olur. Bu, çox təəccüblüdür. Mətbuat xidmətinin yerinə olsaydım, bu cür hərəkət etməzdim”, -deyə politoloq vurğulayıb.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar