Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu silahla Moskva vurulacaq? – Kiyevdən Rusiyanı QORXUDAN BƏYANAT

Tarix: 03-04-2019 09:59     Baxış: 4324 A- / A+
Bu silahla Moskva vurulacaq? – Kiyevdən Rusiyanı QORXUDAN BƏYANAT


Ukrayna hərbçiləri yaxın vaxtlarda yeni raket komplekslərinin sınaqlarını keçirəcək.

UNİAN agentliyi xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu haqda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Məlumata görə, Turçinov bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə deyib.

"Yaxın vaxtlarda yeni güclü raket komplekslərinin sınaqları planlaşdırılır”, -Turçinov vurğulayıb.

Mətbuat xidməti söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.

Daha əvvəl Poroşenko bildirmişdi ki, Ukraynaya yüksək dəqiqlikli raket silahı lazımdır.

Qeyd edək ki, Kiyevdə Moskvaya qədər çata biləcək və uçuş məsafəsi 1500 kilometr olan raketlərin, hətta nüvə silahının yaradılnması ehtiyacı dəfələrlə dilə gətirilib. NATO yanında Ukraynanın missiyasının keçmiş nümayəndəsi, general-mayor Pyotr Qaraşuk əvvəl bildirib ki, Kiyev şəxsi nüvə silahının yaradılması üçün intellektual, təşkilati və maliyyə imkanlarına malikdir.

Onun sözlərinə görə, Ukrayna yalnız atom bombaları deyil, həm də raketlər üçün nüvə döyüş başlıqlarını hazırlamağa qadirdir. General əlavə edib ki, hazırda raketlərin buraxılışı üzrə Dnepropetrovsk zavodununun dünyada analoqu yoxdur.

"Nə ABŞ, nə Rusiya, nə də Çin "Satana” kimi raketi buraxdı”, - Qaraşuk üçüncü nəsil sovet "R-36M” maye qitələrarası strateji ballistik raketi nəzərdə tutaraq qeyd edib.

Xatırladaq ki, 1994-cü il dekabrın 5-də Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya Budapeşt memorandumunu imzalayıb. Sənədə əsasən, Kiyev təhlükəsizlik zəmanətləri qarşılığında nüvə silahlarınından imtina edərək onları Rusiyaya təhvil verib. Lakin Kiyev Krımın ilhaqı və Donbasa təcavüz edən Rusiyanın Budapeşt memorandumunu pozduğunu iddia edir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar