Xəbər lenti
İlham Əliyev və Paşinyan arasında görüş başladı - VİDEO

Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Tvitter səhifəsində məlumat verib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan da iştirak edir.
Məlumatda bildirilir ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.
"Bristol” mehmanxanasında keçirilən görüşün 2 saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, İlham Əliyevin Nikol Paşinyanla ilk rəsmi görüşüdür. Daha əvvəl tərəflər arasında üç dəfə ayaqüstü görüş olub. Bunlardan biri Moskvada, digəri Düşənbədə keçirilən MDB ölkələri başçılarının sammiti çərçivəsində, sonuncusu isə İsveçrədəki Davos forumu zamanı baş tutub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar